respublikainfo

Güləşçilərin maaşı ödənildi

9-08-2017, 12:28

Güləşçilərin maaşı ödənildi














Azərbayucan Güləş Federasiyası ilə güləşçilər arasındakı problem həll olunub.

Bu barədə Baku.ws-ə Federasiyadakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, bu gün güləşçilərin əksəriyyətinin əmək haqları hesablarına köçürülüb.

Qeyd edək ki, bir neçə ay əmək haqqı ala bilməyən güləşçilərlə Federasiya arasında problem yaşanmışdı. Hətta bəzi tanınmış güləşçilərin Azərbaycan yığmasından getmək istədiyi barədə məlumatlar yayılmışdı. Mənbə artıq bu anlaşılmazlığın aradan qaldırıldığını, yığmanın ciddi cəhdlə qarşıdan gələn Dünya Çempionatına hazırlaşdığını vurğulayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 151}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17