respublikainfo

Reynaldodan gözlənilməz açıqlamalar: "Şahruddin istedadsız, Rəşad Sadıqov tənbəldir"

9-12-2016, 03:12

Reynaldodan gözlənilməz açıqlamalar: "Şahruddin istedadsız, Rəşad Sadıqov tənbəldir"

















"Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo Silva komanda yoldaşları haqda maraqlı açıqlamalar verib.

"Favorit" verilişinin qonağı olan forvard "ən istedadsız qapıçı" nominasiyasına Şahruddin Maqomadaliyevi layiq görüb:

"Onun "Sumqayıt"da çıxış etdiyi vaxtlar yadımdadır. Şahruddin qapıda olanda sevinirdim ki, bu gün ona qol vuracağam".

"Sambaçı" Azərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqova da "ilişib":

"İndi onun haqqında danışsam, məni öldürəcək. Ancaq kapitanımız Rəşad Sadıqov çox tənbəl futbolçudur. Əla oyunçu və kapitan olmasına rəğmən tənbəldir. Gördüyüm ən yaxşı məşqçi isə Qurban Qurbanovdur. O, futbolçudan hər şeyin ən yaxşısını tələb edir".

Xatırladaq ki, Reynaldo Silva dörd mövsümdür ki, "Qarabağ"da çıxış edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 162}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17