respublikainfo

Gəncədə biabırçı olay: Qadın bir ərini hamamda, ikincisini isə yataqda saxlayır - Şok video

17-02-2017, 18:56

Gəncədə biabırçı olay: Qadın bir ərini hamamda, ikincisini isə yataqda saxlayır - Şok video

















ARB TV-də yayımlanan “Çıxış Yolu Afət Rahilqızı ilə” verilişinə Gəncə şəhərindən müraciət daxil olub

Qalib adlı şəxs əlil olan qardaşının həyat yoldaşı tərəfindən işgəncələrə məruz qaldığını bildirib. Çəkiliş qrupu hadisə yerinə yola düşüb. Məlum olub ki, ər və arvad artıq bir müddətdir ki, boşanıbar. Lakin ata yurdunu satdığı üçün ailə üzvlərinin üz çevirdiyi kişi bundan sonra köhnə hamamda yaşamağa məcbur olub. Vəziyyət o həddə çatıb ki, onun həyat yoldaşının evindəki hamamda məskunlaşan kişi burada ölümü gözlədiyini bildirib. Qadın isə artıq ikinci dəfə ailə qurduğunu, ərinin isə keçmiş həyat yoldaşının hamamda qalmasına etiraz etmədiyini söyləyib.

Qeyd edək ki, qadın keçmiş həyat yoldaşının pensiyasını da mənimsəyərək ona yalnız yemək veerməklə kifayətlənir. Hələ üstəlik onu istəsə bu hamamdan da çıxara biləcəyini söyləyən qadın, hazırda yaşadığı evi öz əziyyəti ilə tikdiyini əlavə edib. Kişi isə ata yurdunu həyat yoldaşı ilə birlikdə satdığını məhz buna görə də çöllərdə qaldğını bildirib. (baku.ws)



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 160}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17