respublikainfo

Bakı metrosunda həyəcanlı anlar - "Bakı Metropoliteni"ndən açıqlama

28-01-2017, 14:16

Bir neçə saat əvvəl "Ulduz" metrostansiyasında həyəcanlı anlar yaşanıb.

Qafqazinfo xəbər verir ki, Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, sərnişin maşinistə "Ulduz" stansiyasında 7 saylı qatarda tüstülənmə ilə bağlı məlumat verib: "Lakin məlum olub ki, qatarda tüstülənmə olmayıb. Qatarın kondisionerində buxarlanma baş verib. Maşinist qatarın kondisionerini söndürüb və buxar dayandırılıb".

N.Paşayev qeyd edib ki, hazırda qatarlarda heç bir problem yoxdur: "7 saylı qatar hərəkətini davam etdirir"


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 201}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17