respublikainfo

Ağdamda "Qarabağ" şüarı ilə AKSİYA - VİDEO

28-01-2017, 15:32

Dünən Ağdam sakinləri aksiya keçirib. DİA.AZ bildirir ki, amma nədənsə bu aksiya "ağdamlıların sosial tələbi" başlığı ilə təqdim olunub və hətta "yutub" kanalına belə bu başlıqla yerləşdirilib.

Lakin videonu izlədikdə aşkar şəkildə görünür ki, etiraz edənlərin bir şüarı var: "QARABAĞ!" Bu isə o deməkdir ki, əslində narazı sakinlər Qarabağ probleminin həlli ilə bağlı narahatçılıqlarını ifadə edirmiş kimi görünürlər. Bu da anlaşılandır. Çünki son günlər cəbhə xəttində vəziyyət gərginləşib və hazırda bir əsgərimizin nəşi düşmən əlindədir ki, erməni tərəfi öz çirkin xislətinə uyğun davranaraq hətta meyitdən belə qisas almağa çalışdığını bir daha ortaya qoyur. Bunun isə təkcə ağdaçlılarda yox, bütün ölkə vətəndaşlarında, həmçinin dövlət rəhbərliyində ciddi narahatçılıq yaratdığı şəkksizdir.

Həmin videonu təqdim edirik:



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 179}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17