respublikainfo

Türkiyə ordusu İŞİD-in gizləndiyi ən böyük məntəqəni terrorçulardan azad etdi

24-12-2016, 12:50

Türkiyə ordusu İŞİD-in gizləndiyi ən böyük məntəqəni terrorçulardan azad etdi

















Türkiyə Silahlı Qüvvələri İŞİD terrorçularının məskunlaşdığı ən hündür zirvəni fəth edib.

Bu barəd Türkiyə müdafiə naziri Fikri İşık bildirib. Onun sözlərinə görə, “Fərat Qalxanı” əməliyyatı adı altında həyata keçirilən hava əməliyyatı zamanı Suriyanın Əl- Bab bölgəsində “Xəstəxana təpəsi” adı ilə tanınan zirvə terrorçulardan təmizlənib.

“Bu mübarizə Türkiyənin şərəf işidir. Hazırda terrorçulara daha bir ağır zərbə vurmuşuq. İndi onların gizlənəcək yerləri qalmayıb. Biz bu əraziləri heç bir itki vermədən ala bilmişik”, - deyə nazir bildirib.

Qeyd edək ki, bu gün keçirilən əməliyyat zamanı İŞİD terrorçularının məskunlaşdığı bir neçə məntəqə məhv edilmişdi. Bu zaman Türkiyə ordusunun 3 əsgəri terrorçulara əsir düşüb. Fikri İşık həmin əsirlərin də azad ediləcəyi barədə açıqlama vermişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 145}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17