respublikainfo

Bakı-Qazax avtomagistralında təhlükə – FOTO

14-12-2016, 14:59

Bakı-Qazax avtomagistralında təhlükə – FOTO



















Bölgələrdəki bir sıra yolların kənarlarında balıq ticarəti ilə məşğul olan satıcılar sürücülər üçün təhlükə yaradırlar.

Report-un məlumatına görə, müxtəlif növ balıqları satışa çıxaran sakinlər onların diri qalması üçün müəyyən ölçülü qablara su doldurmalı olurlar.

Alqı-satqı yekunlaşdıqdan sonra isə balıqların saxlanıldığı mayelər magistral yollara axıdılır. Bakı-Qazax avtomagistralının Yevlax rayonun Aran qəsəbəsindən keçən hissəsində yaranan təhlükə sürücüləri ciddi narahat edir. Onlar bildirirlər ki, yolda tez-tez hərəkət edən avtomobil sahibləri əraziyə diqqət etsələr də, digərləri sürüşkən yoldan xəbərsiz olub minik vasitələrini qəzadan qaçıra bilmirlər.

Balıq ticarətinin Qarabağ kanalının üzərindəki körpüdə aparılması isə təhlükəni daha da artırır. Əgər şaxtalı havalarda yollar buz bağlasa, sükana hakim ola bilməyən sürücülər nəqliyyat vasitələrini kanala aşıra, qəza törədə bilərlər. Qarşıdakı günlərdə dəyişəcək hava şəraiti isə problemi daha da aktuallaşdırır.


Bakı-Qazax avtomagistralında təhlükə – FOTO
Bakı-Qazax avtomagistralında təhlükə – FOTO
Bakı-Qazax avtomagistralında təhlükə – FOTO
Bakı-Qazax avtomagistralında təhlükə – FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 137}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17