respublikainfo

" Ağızları ətə çatmayanda deyirlər ki..." - İcra başçısı

6-02-2017, 14:20

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda Dövlət Yol Polisi (DYP) avtomobillərinin müşayiəti ilə "kortej" və mühafizəçilərlə gəzməsi barədə yayılan məlumatlara münasibət bildirib.

M.Məmmədov deyib ki, yayılan məlumatlar tamamilə yalandır: "Yalandan ağıllarına gələni yazırlar, hamısı ağ yalandır. Rayonda hər kəs yaxşı bilir ki, mən insanların içərisində olan icra başçısıyam. Ümumiyyətlə, daxili işlər naziri Ramil Usubov icra başçılarına görə Dövlət Yol Polisi əməkdaşlarına elə səlahiyyət verər ki, polis icra başçılarının avtomobillərini müşayiət etsin, yolları bağlasın? Təbii ki, yox!

Mən bütün günü piyada camaatın içərisində oluram. Mən gün ərzində heç öz xidməti avtomobilimə 1 saat oturmuram, bütün günü piyada gəzirəm, insanlarla görüşürəm. Ona görə də bu cür xəbərləri yazanlar pul istəyən "reket" saytlardır. Ağızları ətə çatmayanda deyirlər ki, pisdir".

Xatırladaq ki, bir sıra saytlarda Tərtərin icra başçısı Müstəqim Məmmədovun rayonda "kortejlə" gəzməsi barədə məlumatlar yayılıb.

/// ölkə.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 149}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17