respublikainfo

Xalq artistinin Məhəmməd Əmin Rəsulzadə barədə suala reaksiyası: — "Yoldayam, fikrim yayınır"

31-01-2018, 15:42

Xalq artistinin Məhəmməd Əmin Rəsulzadə barədə suala reaksiyası: — "Yoldayam, fikrim yayınır"














"Mənə Məhəmməd Əmin Rəsulzadə ilə bağlı heç bir bəstəkar tərəfindən əsər təqdim edilməyib".
Bu fikirləri "Ölkə.Az"-a açıqlamasında xalq artisti Gülyaz Məmmədova səsləndirib. Əməkdaşımızın "Məhəmməd Əmin Rəsulzadə barədə əsər təqdim edilsə, oxuyarsınızmı" sualına xalq artistinin cavabı belə olub:

"Yoldayam, sualınıza cavab verə bilməyəcəyəm. Çünki fikrim yayınır".
Qeyd edək ki, 1884-cü ilin 31 yanvar tarixində anadan olan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindəndir.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi ilə bağlı sərəncam imzalayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 151}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17