respublikainfo

Lukaşenko: Kişi kimi yox oluruq

6-10-2018, 14:06

Lukaşenko: Kişi kimi yox oluruq














Belarus prezidenti Aleksandr Lukaşenko hərbi xidmətdən möhlət saylarının çox olmasından gileylənib.

Oxu.Az BelTA-ya istinadən xəbər verir ki, o bildirib ki, ölkədə həqiqi hərbi xidmətə çağırılmalı olan gənclərdən 80 faizində möhlət hüququ var.

“Biz özümüz elə qərarlar qəbul etdik ki, insanlar qanunla hərbi xidmət keçə bilmirlər. Bu, normal deyil. Bilirsiniz, biz bir kişi kimi yox oluruq”, – deyə o vurğulayıb.

Lukaşenko müharibə olacağı təqdirdə bir çoxlarının hətta silahla davrana bilməyəcəyindən gileylənib.

Prezident bildirib ki, hakimiyyət kişiləri heç olmasa özlərini və ailələrini qorumağı necə öyrətmək barədə düşünəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 74}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17