respublikainfo

Binəli Yıldırım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib — FOTO

29-08-2018, 15:52

Binəli Yıldırım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib — FOTO















Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım avqustun 29-da Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Binəli Yıldırıma Şəhidlər xiyabanının tarixi və paytaxtda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Türkiyə parlamentinin sədri, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb. Xatirə kitabına ürək sözlərini yazıb

Binəli Yıldırım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib — FOTO
Binəli Yıldırım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib — FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 99}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17