respublikainfo

“Eurovision” təmsilçimiz Nyu-Yorkda kuryer işləyir

20-09-2018, 14:17

“Eurovision” təmsilçimiz Nyu-Yorkda kuryer işləyir














Müğənni Fərid Məmmədov ABŞ-a köçüb.

Qafqazinfo xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin daşını atıb.

O, xanımı ilə bir ildən artıqdır ki, ABŞ-da yaşayır. 28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir.

Xatırladaq ki, müğənni “Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.

Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəy-gəlinlə şəkil çəkdirmək qadağan olunmuşdu.

“Eurovision” təmsilçimiz Nyu-Yorkda kuryer işləyir


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 97}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17