respublikainfo

Prezident onları təltif etdi

6-07-2018, 13:42

Prezident onları təltif etdi















Prezident İlham Əliyev Rüstəm Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Rüstəm Gülabba oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, R.Xəlilov Milli Məclisin deputatıdır.

Həmçinin Prezident İlham Əliyev Tərlan Qorçuya “Əməkdar incəsənət xadimi” fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Tərlan Böyükbala oğlu Qorçuya “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.

Bundan başqa Azərbaycan prezidenti İlham Əliyev Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə mədəniyyətin inkişafında xidmətlərinə görə Tərlan Böyükbala oğlu Qorçuya “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 120}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17