respublikainfo

Prezident onları təltif etdi — SIYAHI

30-05-2018, 13:09

Prezident onları təltif etdi — SIYAHI














Azərbaycan Prezidenti İlham Əliyev Fərid Adil oğlu Məmmədovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
O, “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə və Azərbaycanda sərgilərin təşkilində xidmətlərinə görə təltif olunub.
Prezident İlham Əliyev həmçinin Strahan Edvard Corc Dankanın və Vud Endryu Marlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında da sərəncamlar imzalayıb.

Sərəncamla hər iki şəxs “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 113}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17