respublikainfo

İlham Əliyev özbəkistanlı həmkarına başsağlığı verdi

19-01-2018, 15:31

İlham Əliyev özbəkistanlı həmkarına başsağlığı verdi














Azərbaycan dövlət başçısı İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib.
AZTB.info-nun məlumatına görə, məktubda deyilir: "Hörmətli Şavkat Miromonoviç.

Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində həmvətənlərinizin faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə sarsıtdı.
Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, hadisə nəticəsində 52 nəfər yanaraq ölüb, 5 nəfər xəsarət alıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 82}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17