respublikainfo

"Dağlıq Qarabağla bağlı danışıqlarda hər şey bir ay ərzində aydın olacaq" - Elmar Məmmədyarov

13-12-2017, 18:37

"Dağlıq Qarabağla bağlı danışıqlarda hər şey bir ay ərzində aydın olacaq" - Elmar Məmmədyarov














Xarici işlər naziri Elmar Məmmədyarov news.az saytına müsahibə verib.

AZXEBER.COM həmin müsahibəni təqdim edir:

- Ermənistanlı həmkarınız Vyana görüşündə Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına qoşulmadığını deyir. Bu barədə fikirlərinizi öyrənmək istərdik?

- Çox qəribə səslənir. Mənim kimi Ermənistan xarici işlər naziri də həmsədrlərin bəyanatına müəyyən redaktələr etməyə çalışdı, amma sonra o da Ermənistanın bu bəyanata qoşulmasından imtina etdi. Dövlət başçıları səviyyəsində bu ilin oktyabrında keçirilmiş Cenevrə görüşündən sonra mövcud danışıqların ruhuna və mahiyyətinə, danışıqlar masasında olan təkliflərə zidd bir formada onu şərh edən tərəf də məhz Ermənistan oldu.

Vyana görüşünündən sonra razılıq əldə olundu ki, gələn ilin yanvar ayının ortalarında xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli üzrə intensiv, konkret və substantiv danışıqlar davam etdirilsin. Bir aydan sonra biz Ermənistanın danışıqlarda nə dərəcədə ciddi şəkildə iştirak etdiyini görəcəyik və nəticə etibarilə, hansı istiqamətə doğru gedəcəyimiz aydın olacaq. Bütün beynəlxalq ictimaiyyətə aydındır ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 158}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17