respublikainfo

Nərgiz Paşayeva vitse-prezident seçildi

9-06-2018, 14:52

Nərgiz Paşayeva vitse-prezident seçildi















Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib.

Yığıncaqda AMEA-nın prezidenti ilə yanaşı, Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib. Akademiklər - İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova AMEA-nın vitse-prezidentləri seçilib.

Rasim Əliquliyev AMEA-nın akademik - katibi, Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibi, Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi, Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin akademik-katibi, İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin və Fuad Əliyev AMEA Gəncə Bölməsinin sədri olublar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 124}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17