respublikainfo

“Azərsu”nun fəhləsi iş başında faciəvi şəkildə öldü

28-09-2018, 12:45

“Azərsu”nun fəhləsi iş başında faciəvi şəkildə öldü















Abşeron rayonunda torpaq uçqunu zamanı fəhlə ölüb.

Hadisə rayonun Masazır qəsəbəsində kanalizasiya xəttinin çəkilişi zamanı qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Elvin Mütəkəllim oğlu Sadıqov ehtiyatsızlıq nəticəsində torpaq uçqununun altında qalıb.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onun “Azərsu” ASC-nin Tikinti idarəsinin əməkdaşı olduğu bildirilir.

Qeyd edək ki, ölən şəxs ailəlidir, iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır. (Report)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 112}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17