respublikainfo

Tanınmış elm adamı vəfat etdi - FOTO

20-10-2017, 13:32

Tanınmış elm adamı vəfat etdi - FOTO














Azərbaycan təhsilinə ağır itki üz verib.

Belə ki, Şöhrət" ordenli pedaqoq Sumqayıt təhsilində verdiyi töhfələrlə iz buraxmış Minarə Tahirova vəfat edib.

Xeberle.com xəbər verir ki, 81 yaşlı pedaqoqun vəziyyəti pisləşib və aparılan reanimasyon tədbirlərə baxmayaraq M.Tahirovanı xilas etmək mümkün olmayıb.

Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olub. 1954-cü ildə o vaxtkı APİ-nin tarix fakültəsinə daxil olub. 1959-cu ildən bu günə qədər taleyini Sumqayıtla bağlayıb. Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981-1983-cü illərdə şəhər təhsil şöbəsinin müdiri, 1983-1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin katibi vəzifəsində işləyib. 1987-ci ildən 2011-ci ilədək N.Gəncəvi adına TTEL-in direktoru işləyib. "Əmək igidliyinə görə", "Əməkdə fərqlənməyə görə", "SSRI təhsil əlaçısı", "Respublika qabaqcıl maarif xadimi" döş nişanları ilə təltif olunub. 2000-ci ilin 18 martında Prezidentin fərmanı ilə "Əməkdar müəllim" adına layiq görülüb, prezident təqaüdçüsüdür.

2006-cı ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 165}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17