respublikainfo

Nazir “Aqrolizinq” rəhbərliyini yenidən formalaşdırdı

30-05-2018, 12:50

Nazir “Aqrolizinq” rəhbərliyini yenidən formalaşdırdı















Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-nin Müşahidə Şurası (MŞ) və İdarə Heyəti (İH) yenidən formalaşdırılıb.
İndiyə qədər MŞ-ya sədrlik edən nazir müavini Seyfəddin Talıbovu digər nazir müavini İlham Quliyev əvəz edib. Bundan başqa, MŞ-da İqtisadiyyat Nazirliyini təmsil edən Yalçın Əzizov Rəşad Dayıyevlə, Əmlak Məsələləri Dövlət Komitəsini (ƏMDK) təmsil edən Əşrəf Quliyev isə Zülfüqar Mansurovla əvəzlənib. KTN-nin nümayəndəsi Faiq Bayramov və Maliyyə Nazirliyinin nümayəndəsi Firdovsi Xəlilov isə rəhbərlikdə saxlanılıb.
“Aqrolizinq”in İH-də də dəyişikliklər baş verib. İH üzvlərinin sayı 5-dən 7-yə çatdırılıb. Yeni üzvlər KTN-dən Mahmud Abdullayev və Arzu Hüseynovdur. Bununla yanaşı, Seymur Mövlayev (sədr), Aydın Əzizov (sədr müavini), İsrafil İsmayılov (KTN-in nümayəndəsi), Valeh Musayev (İqtisadiyyat Nazirliyinin nümayəndəsi) və Rüfət Kərimov (ƏMDK-nın nümayəndəsi) də əvvəki qaydada İH-də təmsil olunurlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 106}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17