respublikainfo

“7 ilə 120 milyon xərcləyəcəyik” — Samir Şərifov

20-04-2018, 15:02

“7 ilə 120 milyon xərcləyəcəyik” — Samir Şərifov















“Azərbaycanın “Expo 2025” ümumdünya sərgisinə ev sahibliyi etməsi ilə bağlı maliyyə məsələlərinin dəqiqləşdirilməsi və ətraflı araşdırılması məqsədilə mütəxəssislər cəlb edilib, bunun üzərində hesablamalar aparılır”.
APA məlumatına görə, bunu Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının Bakıya səfərinin yekunlarına dair mətbuat konfransında maliyyə naziri vəzifəsini icra edən Samir Şərifov deyib.

Onun sözlərinə görə, Bakının ev sahibi seçildiyi təqdirdə, 7 il ərzində hər il üçün təxminən 120 milyon avroyadək xərc gözlənilir: “Ümumdünya sərgisinin meydançasının qeyd olunan ərazidə tikilib hazırlanması üçün ümumi xərclərimiz 765 milyon avro məbləğində qiymətləndirilir”.
Qeyd edək ki, Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyası Bakıda səfərdədir. Beynəlxalq missiyanın son qərarı noyabr ayında veriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 71}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17