respublikainfo

Azərbaycanda bu siqaretin qiyməti bahalaşdı - 1 manat

5-04-2018, 15:48

Azərbaycanda bu siqaretin qiyməti bahalaşdı - 1 manat














Azərbaycanda bəzi siqaret markalarının topdan satış qiyməti 1 manat bahalaşıb.

Bu barədə unikal.org-a siqaret satışı ilə məşğul olan ticarətçilər məlumat verib. Vurğulanıb ki, "Winston” və bir neçə başqa markalı siqaretlərin blokunun qiymətində 1 manat bahalaşma qeydə alınıb.

Belə ki, əvvəllər "Winston” compakt siqaretinin blokunu 21.50 (1 ədədi 2.15 qəpik) AZN-ə əldə edilirdisə, hazırda bu siqaretlər (1 ədədi 2.25) müəyyən limitlə 22.50 qəpiyə satılır.

Topdan satış qiymətilə bərabər müəmmalı şəkildə bəzi - "Rotmons”, "LD”, "More”, "Viceroy” və digər siqaret markalarının mağazalara paylanılmasında da gecikmələr var. Bəzi mağazalar sözügedən markalı siqaretləri müəyyən limitlə əldə etsələr də, bəziləri ümumiyətlə bu siqaretləri 10-15 günə yaxındır ki, ala bilmirlər.

Ticarətçilər yaxın vaxtlarda siqaret qiymətlərinin növbəti dəfə bahalaşacağını qeyd edirlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 147}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17