respublikainfo

Azərbaycan neftinin bir bareli 69 dollara çatır

28-02-2018, 12:43

Azərbaycan neftinin bir bareli 69 dollara çatır














CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 68,87 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,77 dollar/barel çoxdur.
AZTB.info xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 68,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 26-da 64,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,87 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 26-da 67,64 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,26 dollar/barel çoxdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 140}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17