respublikainfo

Evlənmələrinə icazə vermədilər, onlar da intihar etdi — Qəbələdəki hadisənin təfərrüatı

31-08-2018, 12:40

Evlənmələrinə icazə vermədilər, onlar da intihar etdi — Qəbələdəki hadisənin təfərrüatı














Qəbələdə sevgililərin intiharının təfərrüatı məlum olub.

Report xəbər verir ki, avqustun 28-də rayon sakini, 23 yaşlı Elçin Mirsahibli və 34 yaşlı Günel Dadaşovanın asılmış vəziyyətdə meyitləri aşkar edilib.

Yerli sakinlər bildiriblər ki, qonşuluqda yaşayan mərhumlar sevgi münasibətində olublar və evlənmək istəyiblər. Lakin oğlanın valideynləri bu evliliyə razı olmayıblar. Onların evlilik məsələsinin baş tutmayacağını düşünərək intihara qərar verdikləri güman edilir.
Hadisə günü E.Mirsahib G.Dadaşovanın yaşadığı evə gəlib və əvvəlcə həyətdə olan yarımtikilidə qadını asaraq öldürüb, daha sonra isə özünü sevgilisinin yanında asaraq intihar edib. G.Dadaşova əvvələr ailəli olub və onun 7 yaşlı oğlu var.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 53}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17