respublikainfo

Şəkidə 500 hektar taxıl sahəsi yanıb

1-08-2018, 13:51

Şəkidə 500 hektar taxıl sahəsi yanıb














Şəkidə 500 hektar taxıl sahəsi yanıb.
APA-ya istinadən məlumatına görə, bu gün saat 11:40 radələrində Şəki rayonu Cumakənd kəndinin inzibati ərazisində və bir neçə qonşu kəndlərin bələdiyyələrinə məxsus biçilmiş taxıl sahələrində yanğın baş verib. Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Qax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası, şəxsi heyətləri və yerli sakinlər cəlb edilib. Yanğın axşam saat 18 radələrində tam söndürülüb.

Yanğın nəticəsində Cumakənd, Şorsu və Babaratma kənd bələdiyyəsinə və kənd sakinlərinə məxsus ümumilikdə 500 hektar biçilmiş taxıl və 50 hektar otlaq sahələri yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 151}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17