respublikainfo

Nazirlik ağac kəsənləri polisə verdi

5-06-2018, 14:15

Nazirlik ağac kəsənləri polisə verdi














Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirliyin Mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, reyd zamanı Xaçmaz rayonu Ağtala kəndi ərazisində köküstə yaş 24-70 sm diametrliyində 12 ədəd qovaq ağacının kəsildiyi aşkar edilib və təbiətə 7580 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Xaçmaz Rayon Polis Şöbəsinə məktub göndərilib.

Nazirlik ağac kəsənləri polisə verdi


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 104}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17