respublikainfo

Bakı metrosu yenə qarışdı — Vaqonlar boşaldıldı - SƏBƏB

24-04-2018, 14:08

Bakı metrosu yenə qarışdı — Vaqonlar boşaldıldı - SƏBƏB














Bu gün səhər saat 08:30 radələrində Bakı metrosunda qatar "Həzi Aslanov"dan "İçərişəhər"ə sərnişinsiz gedib.
Növbətçinin "Qatara minik yoxdur" xəbərdarlığından sonra platformaya daxil olan qatar dayanmadan yoluna davam edib.

8 dəqiqə sonra əks istiqamətdə (Üzü "Həzi Aslanov" stansiyasına doğru) hərəkət edən sərnişinlə dolu qatar növbətçinin növbəti "Qatara minik yoxdur. Vaqonları tərk edin" xəbərdarlığı ilə metroda yaranan sərnişin sıxlığını pik həddə çatdırıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Milli.Az-a verdiyi məlumata görə, "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarın sərnişinlərinin dərhal vaqonları tərk ertmələrinə, vaqonlardan birinin qapısında yaranan nasazlıq səbəb olub:

"Bir vaqonun qapısı nasaz idi. Ona görə, sərnişinləri boşaldıb, depoya getdi.
Yerinə də depodan qatar buraxıldı xəttə".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 140}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17