respublikainfo

Bakıda dəhşətli cinayət — Qadının dilini və dodağını kəsdilər

8-09-2017, 13:14

Bakıda dəhşətli cinayət — Qadının dilini və dodağını kəsdilər













Bakının Binəqədi rayonunda qadın ağzından, kişi isə qulağından bıçaqlanıb

"Ölkə.Az" Report-a istinadla xəbər verir ki, 42 yaşlı Əlizadə Ellada Vladimirovna və 50 yaşlı Cələbov Cələb Fətulla oğlu bıçaqlanıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, Azadlıq prospektində naməlum şəxs E.Əlizadənin ağzına və gözünə bıçaqla xəsarət yetirdikdən sonra C.Cələbovun da qulağına və qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, E.Əlizadənin dili və dodaqları kəsilib. Qadın görmə qabiliyyətini itirməməsi üçün Zərifə Əliyeva adına Göz Klinikasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 154}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17