respublikainfo

Bakıda dayanacağı söküb, yerində obyekt tikdilər - FOTOLAR

21-08-2018, 13:57

Bakıda dayanacağı söküb, yerində obyekt tikdilər - FOTOLAR















Bakının Binəqədi rayonunda avtobus dayanacağı zəbt edilib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev bildirib ki, zəbt edilərək yerində obyekt tikilən daha bir dayanacaq məntəqəsi Binəqədi şosesində, Rəsulzadə qəsəbəsində yerüstü piyada keçidinin yaxınlığında yerləşir:
"2017-ci ilin sonlarına qədər burada dayanacaq məntəqəsi mövcud idi, lakin günün birində ərazi hasara alındı və yerində 3 mərtəbəli obyekt tikildi. Tikinti zamanı piyada səkisi də zəbt edildi. Məntiqi nəticə isə göz qabağındadır. İstər ordan keçən piyadalar, istərsə də avtobuslara minib-düşən sərnişinlər yolun hərəkət hissəsinə çıxırlar".

BNA rəsmisinin sözlərinə görə, artıq fəaliyyətdə olan obyektə gələnlər nəqliyyat vasitələrini burada qanunsuz park edirlər ki, bu da təhlükəli vəziyyəti daha da ağırlaşdırır:

Bakıda dayanacağı söküb, yerində obyekt tikdilər - FOTOLAR

Bakıda dayanacağı söküb, yerində obyekt tikdilər - FOTOLARBakıda dayanacağı söküb, yerində obyekt tikdilər - FOTOLAR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 59}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17