respublikainfo

Balakəndə təbiətə qəsd: Ekologiya və təbii sərvətlər naziri, buna nə deyirsiniz? - FOTO

10-06-2018, 16:31

Balakəndə təbiətə qəsd: Ekologiya və təbii sərvətlər naziri, buna nə deyirsiniz? - FOTO














Balakəndə yeni nazir Muxtar Babayevin hökmlü açıqlamalarının deyəsən təbiətin qəsdinə duranlar üçün əhəmiyyəti yoxdur. Belə ki, günün günorta çağı rayon meşəliyində ağaclar doğranır.

Bu barədə tanınmış jurnalist Əlmaniz Ələkbərli sosial şəbəkədə yayıb.

O, odun dolu maşının fotosunu paylaşaraq belə bir status yazıb: "Bu şəkili bu gün saat 14:00-da Balakən rayon Tülü kəndinin ərazisində çəkmişəm. Görünür, yeni nazirin ağackəsmə tələblərinə məhəl qoymayan oğullar da vardır. Bu qorxmazlığa və saymamazlığa görə sizə halaldır.

Hörmətli Ekologiya və təbii sərvətlər naziri, buna nə deyirsiniz? İsti-isti çəkilmiş fotodur...".

Balakəndə təbiətə qəsd: Ekologiya və təbii sərvətlər naziri, buna nə deyirsiniz? - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 71}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17