respublikainfo

ABŞ-ın müdafiə xərcləri təsdiqləndi — 716 milyard

14-08-2018, 13:47

ABŞ-ın müdafiə xərcləri təsdiqləndi — 716 milyard













ABŞ Prezidenti Donald Tramp beşinci nəsil “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan 2019-cu il üçün müdafiə büdcəsi qanununu təsdiqləyib.
Sənədə əsasən, Türkiyənin “F-35” proqramından tamamilə çıxarılıb-çıxarılmayacağına dair hazırlanacaq hesabata qədər qırıcı təyyarələrin bu ölkəyə təhvil verilməsi dayandırılır.

ABŞ Müdafiə Nazirliyi isə Xarici İşlər Nazirliyi ilə birgə 90 gün içində iki ölkə arasındakı əlaqələrə dair hesabat hazırlamalıdır.
Birləşmiş Ştatların 2019-cu maliyyə ili üçün müdafiə xərcləri 716 milyard dollar həcmində olacaq.

Qeyd edək ki, Türkiyə ABŞ-a 30 ədəd “F-35” təyyarəsi sifariş verib. Nüvə başlıqları daşıya bilən çoxməqsədli “F-35” hərbi təyyarələri “stealth” texnologiyasından istifadə edilməklə hazırlanıb. Onun hazırlanmasında ABŞ-la yanaşı 8 ölkə - Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç və Türkiyə də iştirak edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 89}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17