respublikainfo

Hökumətdən gözlənilməz addım: İranın 300 milyonu batdı…

6-08-2018, 14:46

Hökumətdən gözlənilməz addım: İranın 300 milyonu batdı…















Almaniya Mərkəzi Bankı (AMB) nağd pul köçürmələri ilə bağlı siyasətində dəyişiklik edib. Dəyişikliyin ilk mərhələsi İrana 300 milyon avroya başa gələcək.

Teleqraf.com xəbər verir ki, AMB-nin bu addımı Almaniya banklarında İran məxsus 300 milyon avronun köçürülməsində problem yaradacaq.

ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minməzdən əvvəl rəsmi Tehran Almaniya hökumətin müraciət edərək, 300 milyon avronu geri çəkmək istədiyini bildirmişdi.

AMB-nin yeni dəyişikliyində İranın adı hallandırılmasa da, “Associted Press” bu qərarın İranın 300 milyonu transfer etmək istəyi ilə bağlı olduğunu iddia edib.

ABŞ-ın Almaniyadakı səfiri Ri Qrennel “Associted Press”ə verdiyi açıqlamada Almaniyanın bu qərarını dəstəklədiyini deyib: “İranın Avropada dağıdıcı investisiyasının artmasından narahat idik”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 98}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17