respublikainfo

Ermənistan hərbi təyyarələri Füzuli üzərindən uçdu

25-05-2018, 14:26

Ermənistan hərbi təyyarələri Füzuli üzərindən uçdu














Ermənistan Müdafiə Nazirliyi mayın 14-19 tarixlərində işğal olunmuş ərazilərdə keçirilmiş hərbi təlimlərin nəticələrini açıqlayıb.

Təlimlərdə cənub istiqamətində (Füzuli-Xocavənd) hərbi aviasiyadan istifadə olunub.

Üç mərhələdən ibarət təlimlər Qarabağın cənubundakı poliqonlardan birində keçirilib. Hərbi təlimlərin mövzusu düşmənin qəfil hücumunun qarşısının alınması, qoşunların döyüş hazırlığına gətirilməsi və müdafiə əməliyyatlarının keçirilməsi olub.

Təlimlərin təfərrüatı və istifadə edilən aviasiya tipləri açıqlanmır. Əgər erməni tərəfi, həqiqətən də, hərbi aviasiyadan istifadə edibsə, ehtimal etmək olar ki, Ermənistan hərbi təyyarələri cəbhə xəttinin yaxınlığından uçub.

Bu addım münaqişənin gərginləşdirilməsinə yönəlib və son günlər Ermənistan tərəfindən cəbhə xəttində törədilən təxribatın tərkib hissəsidir.oxu.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 61}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17