respublikainfo

Ekvadorda güclü zəlzələ

18-11-2017, 14:25

Ekvadorda güclü zəlzələ













Ekvadorun Quayyas əyalətində dünən axşam saatlarında zəlzələ olub.
"Ölkə.Az" xəbər verir ki, yeraltı təkanların gücü Rixter şkalası üzrə 6.2 bal gücündə qeydə alınıb.

Yerli hakimiyyət nümayəndələrinin verdiyi xəbərə əsasən, zəlzələnin episentri Playas şəhəri olub. Ölən və yaralanan yoxdur.

Hökumət nümayəndələrinin verdiyi məlumatda deyilir: "Playas şəhərindəki zəlzələdən sonra əyalətin bütün hökumət strukturları işə başlayıb. Qeyd edirik ki, okeanoqrafiya institutunun məlumatına əsasən sunami təhlükəsi yoxdur".
Ekvador prezidenti Lenin Moreno bildirib ki, genişmiqyaslı dağıntılar yoxdur.

Məktəb və kolleclərdə dərslər gələn həftənin bazar ertəsinə qədər təxirə salınıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 98}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17