respublikainfo

ABŞ-da yəhudilərə qarşı “terror” zarafatı

10-01-2017, 13:17

ABŞ-ın 5 ştatında yəhudi mədəniyyət mərkəzlərində partlayıcıların quraşdırılması barədə anonim xəbərdarlıqlar edilib.

Bununla bağlı bir neçə komplekslər təxliyyə olunsa da, fakt öz təsdiqini tapmayıb.

Xəbərdarlıqlardan biri telefonla Nyu-Cersi ştatındakı yəhudi mərkəzinə daxil olub. Burada insanlar təxliyyə edilib, axtarışlar aparılıb. Ancaq təhlükəli bir şey aşkarlanmayıb.

Merilend, Tennessi, Florida və Cənubi Karolina ştatlarında da oxşar hal yaşanıb və eyni nəticə əldə olunub.

Hazırda bununla bağlı ABŞ polisi axtarış əməliyyatlarına başlayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 154}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17