respublikainfo

İspaniyada gərginlik, işğal edilən ərazilər var — Polis və minlərlə insan üz-üzə (FOTOLAR)

1-10-2017, 15:47

İspaniyada gərginlik, işğal edilən ərazilər var — Polis və minlərlə insan üz-üzə (FOTOLAR)














Bu gün İspaniyanın Kataloniya bölgəsində müstəqillik keçirilməsi nəzərdə tutulub.


Ölkə.Az xəbər verir ki, əhali gece saat 4:00-dan etibarən küçələrə axışaraq növbə çəkməyə başlayıblar. İspaniya hökumətinin aksiyaya və seçkilərə əngəl olması üçün minlərcə polisin göndərdiyi bildirilir. Polisləri 2315 məktəbdən 1300-nü bağlamaq üçün göndərsələr də, ancaq 130-nu bağlaya biliblər.

Bundan əlavə polisiin 9 milyondan çox seçki kağızına əl qoyduğu bildirilir.

İnsanlar küçələrə axışıb və hər kəs seçki abu-havasındadır. Bir çoxları səsvermənin keçiriləcəyi məntəqələrdə gecələyiblər.
Bəzi şəhərlərdə isə referendum əleyhdarları da aksiya keçiriblər.

Məlumata görə, İspaniya polisi seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan 2315 məktəbdən 1300-nü bağlayıb.

Kataloniya hökuməti isə bu kimi təzyiqlərə baxmayaraq referendumu keçirməkdə israrlıdır. Əgər sandıqlardan müsbət nəticə çıxarsa, Kataloniya parlamentinin 2 gün içində bir araya gəlib müstəqillik qərarını açıqlaması gözlənilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 112}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17