respublikainfo

Türkiyədə təəccüblü hadisə - yayda qar yağdı + FOTOLAR

8-09-2017, 13:26

Türkiyədə təəccüblü hadisə - yayda qar yağdı + FOTOLAR














Bu gün Türkiyədə gözlənilmədən qar yağıb.

"Ölkə.Az" xəbər verir ki, qar Türkiyənin Artvin şəhərinin yüksək dağlıq ərazilərinə yağıb. Yağıntı daha çox Bilbilan yaylası və Yığılı kəndinə düşüb.

Bu hadisə sakinləri çaşdırıb. Yay ayında qar görməyən sakinlər maraqla baş verənləri telefona çəkməyə başlayıblar. Çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılmağa başlanılıb.

Qeyd edək ki, analoji təbiət hadisəsi ötən illərdə Rusiya ərazisində baş verib. 2015-ci ildə iyul ayında Rusiyanın Çelyabinsk və Yekaterinburq şəhərlərində, 2016-cı il avqust ayında Rusiyanın Omsk şəhərinə qar yağmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 135}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17