respublikainfo

Belarus prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi

24-12-2017, 14:48

Belarus prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi














Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevi doğum gününüz münasibətilə təbrik edib.
A. Lukaşenko təbrik məktubunda bildirib ki, Azərbaycanın genişmiqyaslı nailiyyətləri prezident İlham Əliyevin dövlət lideri, uzaqgörən siyasi xadim və öz ölkəsinin həqiqi vətənpərvəri kimi bənzərsiz keyfiyyətlərini əyani şəkildə təsdiq edir.
A. Lukaşenko prezident İlham Əliyevin Belarus-Azərbaycan əməkdaşlığının inkişafına, o cümlədən mühüm müştərək layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməyini yüksək qiymətləndirib:

"Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur. Bununla əlaqədar, Sizi bir daha Belarus Respublikasına rəsmi səfərə dəvət edirəm. Sizə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən daim yeni uğurlar diləyir, Doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edir, Azərbaycan xalqına sevgimi və hörmətimi bildirirəm".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 244}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17