respublikainfo

Qayınanasından Könül Kərimovaya: "Getsin mahnısını oxusun" (FOTOLAR)

24-08-2017, 14:00

Qayınanasından Könül Kərimovaya: "Getsin mahnısını oxusun" (FOTOLAR)















Tanınmış müğənni Könül Kərimova qayınanasından danışıb. Milli.az-a açıqlama verən müğənni qayınanasının həmişə ona dəstək olduğunu bildirib:

"Bir neçə dəfə istəmişəm ki, sənətdən gedim. Yeni ailə həyatı quranda efirə çıxmaq istəmirdim, həvəsdən düşmüşdüm. Evdə ancaq mətbəxdə bişirib-düşürürdüm. Bir də gördüm ki, qayınanam mənim üçün xəbər yollayıb ki, o gəlinə deyin ki, mətbəxin yanından çəkilib, gedib mahnısını oxusun. Onun bu sözü mənə böyük stimul oldu. Başqa qayınana olsaydı, bəlkə də elə deməzdi. O mənim həm xalamdır, həm də qayınanam. Həmişə mənə dəstək olub, məni bütün gəlinlərindən çox istəyib".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 166}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17