respublikainfo

Bayıl sürüşmə sahəsindəki 98 evdən yalnız birinin sənədi var

13-03-2018, 14:37

Bayıl sürüşmə sahəsindəki 98 evdən yalnız birinin sənədi var














"Bayılda sürüşmə sahəsində yaşayan sakinlərə ailənin tərkibinə görə kirayə haqları verilir".
AZTB.info-nun APA-ya istinadən xəbərinə görə, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib. E. Əzizov qeyd edib ki, təhlükəli ərazilərdəki mənzillərin sakinləri köçürüləcək: "Kompensasiyanın verilməsi işinə Maliyyə Nazirliyi baxır. Ərazidəki 98 evdən yalnız birinin sənədi var. Sürüşmə sahəsindəki evlər qanunsuz tikilib. Məsələ ilə bağlı Bakı şəhər prokurorluğuna müraciət etmişik, onlar iş aparır. Çalışacağıq ki, bu məsələ öz həllini tapsın".
İcra başçısı evləri qəzalı vəziyyətə düşən sakinlərə veriləcək kompensasiyanın məbləğini açıqlamayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 118}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17