respublikainfo

Sürücülərə xəbərdarlıq: 300 manat cərimə oluna bilərsiniz

26-08-2017, 14:38

Sürücülərə xəbərdarlıq: 300 manat cərimə oluna bilərsiniz













Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi ilə bağlı xəbərdalıq edib.

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, təyin edilmiş qrafikə uyğun olaraq bütün növ yük avtomobilləri və avtobuslar texniki baxışdan keçməlidir.

V.Əsədov bildirib ki, texniki baxışdan keçmək üçün müraciət edənlərin sayı olduqca azdır:

"Bir daha bütün növ yük və avtobus tipli nəqliyyat vasitələrinin sahiblərinə bildiririk ki, texniki baxışdan keçməyə tələssinlər. Unutmayın ki, texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir".

Qeyd edək ki, yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust-31 oktyabr tarixləri aralığında baş tutacaq. İcazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 149}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17