respublikainfo

Azərbaycan bu ölkədən 10 döyüş təyyarəsi aldı – VİDEO

10-10-2018, 14:23

Azərbaycan bu ölkədən 10 döyüş təyyarəsi aldı – VİDEO















Azərbaycan İtaliyadan 10 ədəd “M-346” tədris-döyüş təyyarəsini əldə edib və 15 belə təyyarəni sifariş edib.

Bu haqda Rusiyanın ridus.ru portalı bildirib.

“M-346” İtaliya və başqa ölkələrin Hərbi-Hava Qüvvələrinin pilotlarının uçuş hazırlığı üçün nəzərdə tutulmuş təyyarədir. Təyyarə iki “F-124-GA-200” turboreaktiv mühərriki ilə təhciz edilib. Bu mühərriklər hava gəmisinə saatda 1050 kilometr sürətə çatmağa imkan verir. “M-346” 3 tona qədər çəkisi olan mərmilər və bomba daşıya bilir.

İtaliyanın Hərbi Hava Qüvvələrinin silahlanmasında 18 belə təyyarə var. Belə təyyarələrin sayı Sinqapurda 12, İsrail 30, Polşada isə 8 ədəddir.

Təyyarələri istehsal edən “Leonardo Aircraft” şirkətinin müştəriləri arasında Azərbaycan Müdafiə Nazirliyi də var. Azərbaycan bu təyyarələri ilk dəfə 2017-ci ilin mayında nümayiş etdirmişdi. Ancaq həmin vaxt Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilmiş bu təyyarələrin sayı haqqında informasiya elan edilməmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 103}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17