respublikainfo

Qardaşı “İrşad Electronics”in rəhbərinin ölümü ilə bağlı HƏR ŞEYİ AÇDI: “Ailəsi, övladları…” – FOTO

25-09-2018, 13:22

Qardaşı “İrşad Electronics”in rəhbərinin ölümü ilə bağlı HƏR ŞEYİ AÇDI: “Ailəsi, övladları…” – FOTO















Sentyabrın 14-də dünyasını dəyişən və intihar etdiyi bildirilən “İrşad Electronics” MMC-nin rəhbəri İrad Hacıyevin ailəsi mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev Publika.az-a açıqlamasında bildirib ki, qardaşının intihar etməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: “İndidən ölüm səbəbini dəqiq söyləmək mümkün deyil. Faktla bağlı ekspertiza təyin edilib və ekspertizanın rəyini gözləmək lazımdır. Bizə həkimlərin dediyi ilk o oldu ki, qardaşım ürək tutmasından, yəni ürəyindəki trombdan qəfil vəfat edib. Prokurorluq hər bir ehtimalı araşdırır deyə bu hadisəni intihar kimi qiymətləndirmək doğru deyil”.

Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru olan Ə.Hacıyev bildirib ki, qardaşının hər hansı problem, sıxıntısı olmayıb: “O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin. Həm də onun maddi sıxıntısı, problem yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi”.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun ölüm faktı ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 68}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17