respublikainfo

“Elçin Şıxlı kimdir ki, dövlət qurumunda araşdırma aparsın?” — Vüqar Səfərlidən SƏRT REAKSİYA

20-06-2018, 13:00

“Elçin Şıxlı kimdir ki, dövlət qurumunda araşdırma aparsın?” — Vüqar Səfərlidən SƏRT REAKSİYA














Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının “Media klub” tərəfindən KİVDF-nin fəaliyyətinin araşdırılacağı ilə bağlı fikirlərinə cavab verib.
V.Səfərli “Ölkə.Az”a açıqlamasında bildirib ki, hər hansı özəl təşkilat dövlət qurumunda araşdırma apara bilməz:

“KİVDF dövlət qurumu olaraq Maliyyə Nazirliyinə və digər qurumlara hesabat verir. İlin sonunda isə bütün gördüyümüz işləri şəffaf olaraq açıqlayırıq. İndi Elçin Şıxlı kimdir ki, dövlət qurumunda araşdırma aparsın? Kim nə təşkilat yaradırsa, yaratsın. Ancaq onların KİVDF-nin fəaliyyətini araşdırmağa səlahiyyəti yoxdur”.
Xatırladaq ki, “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı “Ölkə.Az”a açıqlamasında KİVDF-nin fəaliyyəti ilə bağlı araşdırma aparılacağını bildirib:

“Yaxın vaxtlarda “Media klub” Azərbaycan Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyəti ilə araşdırma aparacaq və müvafiq təkliflər veriləcək”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 103}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17