respublikainfo

Ramil Usubovdan yeni təyinat

11-05-2018, 13:41

Ramil Usubovdan yeni təyinat
















Bakıdakı polis bölmələrindən birinə yeni rəis təyinatı olub.
Daxili İşlər Naziri Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəisi vəzifəsinə Məhşur Hüseynov təyin edilib. Qeyd edək ki, bu vəzifəyə kimi M.Hüseynov Nərimanov RPİ-nin 17-ci Polis Bölməsində rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, ötən ilin dekabr ayında Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə 2-ci polis bölməsinin rəisi Sahib Babayev vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə rəis təyin olunub. Həmin müddətdən 2-ci Polis Bölməsində rəis vəzifəsi boş idi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 140}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17