respublikainfo

Şəxsiyyət vəsiqələrinin verilməsinə görə rüsumlar təsdiqləndi

5-04-2018, 14:25

Şəxsiyyət vəsiqələrinin verilməsinə görə rüsumlar təsdiqləndi














Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar təsdiqlənib.
Bu, Azərbaycan prezidenti İlham Əlyevin bu gün imzaladığı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi barədə sərəncamda əksini tapıb.
Qanuna əsasən, 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat dövlət rüsumu ödəniləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 128}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17