respublikainfo

Sumqayıt Şəhər İcra Hakimiyyətinin idarəsi ləğv edildi

1-02-2018, 13:32

Sumqayıt Şəhər İcra Hakimiyyətinin idarəsi ləğv edildi















Sumqayıt Şəhər İcra Hakimiyyətinin strukturu olan İnformasiya və Reklam Departamenti ləğv olunduğunu elan edib.
İcra Hakimiyyətinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən xəbərə görə, kreditorlar tələblərini 2 ay ərzində Azərbaycan prospektində yerləşən Sumqayıt şəhər İcra Hakimiyyətinə bildirə bilərlər.
Qeyd edək ki, keçən il dövlət başçısının sərəncamı ilə Dövlət Reklam Agentliyi yaradılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan İnformasiya və Reklam Departamenti qanunvericiliyə müvafiq olaraq, Sumqayıt şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanı funksiyasını yerinə yetirirdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 121}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17