respublikainfo

Ermənistan hökuməti sərsəm siyasətini davam etdirir

11-11-2017, 14:04

Ermənistan hökuməti sərsəm siyasətini davam etdirir














Ermənistan hökuməti sərsəm siyasətini davam etdirir.
AZTB.info xəbər verir ki, Ermənistan hökuməti bu dəfə İsrail ilə “erməni soyqırımı” barədə danışıqlara hazırlaşır. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbaldyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu barədə İsrail tərəfindən müsbət anlayış gözləyirlər.

“Hər iki xalq soyqırıma məruz qalıb. Biz əminik ki, erməniləri hamıdan çox İsrail xalqı anlayacaq. Çünki onlar da bizimlə eyni acını yaşayıblar. Ümid edirik ki, İsrail “erməni soyqırımı”nı tanıyacaq”, - deyə Nalbaldyan bildirib.
Qeyd edək ki, ermənilər uzun illərdir qondarma “erməni soyqırımı”nı dünyaya tanıtmaq istəyirlər. Onlar iddia edirlər ki, XX əsrin astanasında, 1915-ci ildə erməni xalqı Türkiyə tərəfindən qırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 139}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17