respublikainfo

Dövlət Departamenti: ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir

29-08-2017, 15:13

Dövlət Departamenti: ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir













ABŞ Dövlət Departamenti Endryu Şefferin ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupuna yeni həmsədr təyin olunduğunu rəsmən elan edib.

Bu barədə Departamentin rəsmi nümayəndəsi Hizer Noyertin bəyanatında bildirilir.

"ABŞ Minsk qrupu prosesinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və uzunmüddətli həllinin əldə olunması məsələsində tərəflərə yardım göstərilməsinə sadiqdir... Endryu Şeffer tərəflərə bu məqsədlərə nail olunmasında köməklik göstərməyə hazırdır”, - deyə H.Noyert bildirib.

Dövlət Departamentinin sözçüsü qeyd edib ki, Amerika tərəfi Azərbaycan və Ermənistan hökumətlərini bu gün qüvvəyə minən təyinat barədə məlumatlandırıb./report


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 170}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17