respublikainfo

Azərbaycan Gürcüstana ikinci helikopter göndərdi

22-08-2017, 13:32

Azərbaycan Gürcüstana ikinci helikopter göndərdi














Azərbaycan Gürcüstanda Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsi üçün ikinci helikopter göndərib. "Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin birinci helikopteri artıq adıçəkilən qoruq yaxınlığında yerləşən Daba kəndində yanğının söndürülməsinə cəlb olunub. Ərazidə əsən güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 156}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17